Liviya Milli Birlik Hökumətinin baş naziri Abdel Hamid Dbeyba Milli Neft Korporasiyasının İdarə Heyətinin sədri Farhat Bendqaranın istefasını qəbul edib.
Bu barədə korporasiyanın rəsmi feysbuk səhifəsində paylaşım edilib.
Açıqlamaya görə, baş nazir korporasiyanın idarə heyətinin üzvü Məsud Süleyman Musanın yeni direktorlar şurasının formalaşdırılması məsələsinə baxılana qədər sədr səlahiyyətlərini müvəqqəti icraçı vəzifəsinə təyin etməyi qərara alıb.
Bendqara vəzifəsini ən yaxşı şəkildə yerinə yetirməsinə mane olan fövqəladə hallar səbəbindən istefa verib.