14 C
Baku
Saturday, November 23, 2024

Liz Tras: “Avropa Rusiyadan enerji tədarükünü dayandırmalıdır”

Böyük Britaniyanın Baş naziri Liz Tras Avropa liderlərinə müraciət edərək Rusiyadan enerji tədarükünü dayandırmağa çağırıb.

O, bunu Avropanın birliyini qorumaq üçün zəruri sayır.

“Rusiya Prezidenti Vladimir Putin enerji uğrunda mübarizədə bizi parçalaya biləcəyinə ümid edir. Biz ona səhv etdiyini göstərməliyik”, – hökumət başçısı bildirib.

Baş nazirin sözlərinə görə, təhlükəsizlik, enerji və miqrasiya Böyük Britaniya xalqı üçün ən aktual məsələlərdir: “Ona görə də bu mövzular mənim gündəmimdədir”.

L.Tras deyib ki, Avropa Siyasi Birliyi liderlərinin bu gün Çexiyanın paytaxtı Praqa şəhərində keçiriləcək sammitində həmin mövzular barədə danışacaq.

Xatırladaq ki, zirvə görüşündə 44 dövlət təmsil olunacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər