26 C
Baku
Thursday, July 25, 2024

Liz Trass: “Britaniya Rusiyanın ilhaq etdiyi əraziləri heç vaxt tanımayacaq”

“Britaniya heç zaman qanunsuz ilhaq olunmuş əraziləri tanımayacaq”.

Bu barədə Britaniyanın Baş naziri Liz Trass məlumat verib.

O, Prezident Vladimir Putinin Ukraynanın Rusiya tərəfindən işğal olunmuş 4 bölgəsinin ilhaqı ilə bağlı bu gün keçirəcəyi mərasimlə bağlı bəyanat verib.

Liz Trass deyib ki, Britaniya heç vaxt Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrini Ukrayna ərazisindən başqa bir ərazi kimi qəbul etməyəcək.

“Putinin kobud güc tətbiq etməklə beynəlxalq sərhədləri dəyişdirməsinə icazə verilə bilməz. Biz onun bu qanunsuz müharibəni uduzmasını təmin edəcəyik”, – Baş nazir qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər