“Böyük Britaniyanın yaxın illərdə ABŞ ilə azad ticarət müqaviləsi bağlamaq planları yoxdur”.
Bunu Böyük Britaniyanın Baş naziri Liz Trass Cozef Baydenlə sentyabrın 20-də keçiriləcək görüşdən əvvəl deyib.
“Bununla bağlı danışıqların orta və qısamüddətli perspektivdə başlayacağını gözləmirəm”, – o bildirib.
Baş nazir Nyu-Yorkda müzakirə edəcəyi prioritet məsələlərdən birinin Böyük Britaniyanın Trans-Sakit Okean Ticarət Tərəfdaşlığına qoşulması, həmçinin Fars körfəzi ölkələri və Hindistanla müqavilərin imzalanması olacağını vurğulayıb.