19 C
Baku
Sunday, May 19, 2024

Lizinq Mütəxəssisi (Joint Leasing Company CJSC)

TƏLƏBLƏR:

• Bank, lizinq və ya maliyyə sahəsində azı 3 il təcrübə;
• Maliyyə təhlilini aparmaq bacarığı;
• Səlist Azərbaycan dilində sənədlərin hazırlanması;
• Kompüter bacarığı, xüsusilə Excel proqramının yüksək səviyyədə bilməsi;
• İngilis dilini bilənlərə üstünlük verilir

İŞÇININ VƏZIFƏSI:

• Şirkətin tələblərinə uyğun lizinq layihələrinə aid iqtisadi təhlilin, memorandumun, digər zəruri sənədlərin keyfiyyətli və qısa vaxt ərzində şirkətin korporativ kargüzarlığına uyğun tərtib edilməsi;
• Şirkətin lizinq siyasəti və proseduraları ilə tanış olub onlara riayət edilməsi;
• Portfelində olan lizinq layihələrinin keyfiyyətli idarə edilməsi üçün müvafiq tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsi;
• Portfelində olan lizinq layihələri üzrə müvafiq hesabatların hazırlanması;
• Şirkətin digər şöbələri ilə birlikdə lizinq layihələri üzrə risklərin idarə edilməsi və avadanlığın monitorinqinin aparılması, lizinq bazarının təhlilinin aparılması və yeni məhsulların tətbiqi üçün təkliflərin verilməsi.

CV-lər mövzu hissəsində «Lizinq mütəxəssisi» yazılmaqla [email protected] göndərilməlidir. CV-lərin göndərilməsi üçün son tarix 15 noyabr 2014-cü ildir. Seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Əlaqə telefonu: (012) 447 52 26

E-mail: [email protected]

Son xəbərlər
 ⁠
Digər xəbərlər