29 C
Baku
Tuesday, July 16, 2024

Lizinq şirkəti 1 investordan yarım milyon manatlıq faizli borc alıb

17 may 2023-cü il tarixində Bakı Fond Birjasında “Partner Finance” QSC-nin tədavül müddəti 3 təqvim ili, nominal dəyəri 1,000 manat olan AZ2005021962 dövlət qeydiyyat nömrəli, 500 000 manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmıb.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 10%, faiz ödəniş dövrü isə ildə bir dəfə (bir ilin 360 gün olduğunu qəbul etmək şərti ilə) təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 500,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 17.05.2026-cı ildir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Son xəbərlər
Digər xəbərlər