25 C
Baku
Friday, July 25, 2025

Lizinq şirkəti ötən ili mənfəət ilə bağlayıb

Azərbaycanda fəaliyyətdə lizinq şirkəti “Partner Finance” QSC 2024-cü ildə 935 min manat xalis mənfəət əldə edib. 2023-cü ildə şirkətin xalis mənfəəti 791 min manat idi ki, bu da illik müqayisədə 18.2% artımdır.

Bu barədə Banker.az şirkətin illik audit hesabatına istinad edir.

Ötən il “Partner Finance” QSC-nin əsas əməliyyat gəlirləri əvvəlki ilə nisbətən 23.2% artaraq 2 mln. 446 min manat olub.

“Partner Fiпапсе”ın faiz gəlirləri 2023-cü ildə 1 milyon 671 min manat ikən, 2024-cü ildə 2 milyon 175 min manat təşkil edib. Şirkətin komissiya gəlirləri isə 265 min manatdan 205 min manata düşüb.

31.12.2024-cü il tarixinə Cəmiyyətin orta işçi sayı 6 nəfərdir (31.12.2023-cü il tarixinə – 5 nəfər)  “Partner Finance” QSC 3 fiziki şəxsə məxsus olub. Səhmdarlar Nuriyev Anar Seyran oğlu (49,0196%), Qurbanova Şamama Balaqardaş qızı (49,0196%) və Rzayev Nübuvvət Rza oğludur (1,9608%).

Son xəbərlər
Digər xəbərlər