“Ekolizinq” MMC 250 min ABŞ dolları dəyərində istiqrazlar buraxacaq.
Banker.az xəbər verir ki, bu barədə investisiya şirkətinin İstiqraz buraxılışı haqqında yekun şərtlərində açıqlanıb.
İstiqrazların hər biri 1000 dollar olmaqla 250 ədəd buraxılacaq.
Şirkət borclanmay görə illik 10 faizlik gəlirlik təklif edir.
Xatırladaq ki, “Ekolizinq” MMC 2014-cü ildə təsis edilib, 14 nəfərlik işçi heyətinə sahibdir. Lizinq şirkəti 1000 manat nizamnamə kapitalının 100%-i Elnur Rəsulov Qənimət oğluna məxsusdur.