“Hermes Finance” ASC-də 2025-ci ildə səhmdar strukturu tamamilə yenilənib.
Banker.az xəbər verir ki, əvvəlki səhmdarlar Səbinə Sadiq və Rəvan Cəfərov lizinq şirkətdən çıxarkən, onların yerini Kamran Quliyev və Həmid Mirzəyev tutub. Nuranə Mehdiyeva-Rzayevanın payı isə 21,67%-dən 45%-ə yüksəlib.
Şirkətin nizamnamə kapitalı 900 min manatdır.
Bununla da, “Hermes Finance”ın səhmlərinin 45%-i Nuranə Mehdiyeva-Rzayevaya, 45%-i yeni səhmdar Kamran Quliyevə, 10%-i isə digər yeni səhmdar Həmid Mirzəyevə məxsus olub.
Qeyd edək ki, lizinq şirkəti 2025-ci ili 180,1 min manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 78,6% azdır. Hesabat dövrünün sonunda “Hermes Finance”ın cəmi aktivləri isə 17,3 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 32,2% azalma deməkdir.







