12 C
Baku
Friday, April 18, 2025

Lizinq şirkətinin kapitalı 1 mln.-a qaldırıldı, yeni direktor təyin edildi

“Hunar Group”a yaxın olan “Huner Leasing” MMC milyonluq şirkətə çevrilib və şirkət yeni direktorlar fəaliyyətini davam etdirəcək.

Banker.az xəbər verir ki, keçən ilin dekabrında yaradılan 100 manat nizamnamə kapitalının həcmi 1 030 000 manata qaldırılıb.

Digər yeniliyə əsasən isə, Kələşov Zaur Musa oğlu şirkətin direktoru təyin edilib. Buna qədər qeyd edilən vəzifədə Məmmədov Elmir İsmayıl oğlu çalışırdı.

Z.Kələşov indiyə qədər “Azər Türk Bank” ASC, “ASB Bank” ASC-də departament direktoru, “Sara Lizinq” MMC-də direktor təyin edilib.

Xatırladaq ki, “Huner Leasing” MMC 23 dekabr 2024-cü ildə təsis edilib.

Son xəbərlər
Digər xəbərlər