Lizinq şirkətinin mənfəəti yüksəlib

“Elit Leasing” MMC-nin 2025-ci ildə 190 min manat xalis mənfəət əldə edib. Halbuki, 2023-cü ildə bu rəqəm 94 min, 2024-cü ildə isə 177 min manat olmuşdu.

Banker.az xəbər verir ki, lizinq şirkətinin lizinq faiz gəlirləri 649 min manatdan 743 min manata çatıb. Bu da illik 14,6 faiz artımdır.

Kredit və borc faizləri xərci isə 331 min manatdan 294 min manata enib, 11,3 faizlik azalma qeydə alınıb.

Son bir ildə aktivlərin həcmi illik müqayisədə 12% artaraq 3 milyon 208 min manat olub. Bunun da 2 milyon 664 min manatı lizinqdir. Lizinqi ötən il 15% illik dərəcə ilə verib. Ötən il üç unikal müştərisi ilə bağladığı müqavilələrdə bu deyilir.

Portfelin təminatı strukturuna gəlincə, uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər 1 milyon 431 min manat, qısamüddətli olanlar isə 1 milyon 270 min manat olmaqla ümumi öhdəliklərin əsas hissəsini təşkil edir. Bank kredit xətti daxilindən ən böyük həcm LPO Muğan Bank ASC-yə — 520 060 manat, AccessBank ASC-yə isə 254 843 manat düşür. Bundan əlavə ötən ilin sonunda PAŞA Bank ASC-dən illik 16% ilə 3 illik kredit götürüb.

Subordinar borc öhdəliklərinin tam qalığı 875,000 min manat olaraq sabit saxlanılıb, həmin məbləğin bütünlüklə Yusifov Elnur Natiq oğluna aid olduğu açıqlanıb.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər