Nəticələr Baş Prokurorluğa göndəriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrlərinə əsasən “Aqrolizinq” ASC-nin Masallı rayon Aqroservis filialının, “Aqrolizinq” ASC-nin Salyan rayon Aqroservis filialının və Abşeron rayon Güzdək qoyunçuluq üzrə “Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.
Oxu.Az-a nazirlikdən verilən məlumata görə, audit yoxlaması zamanı bir sıra nöqsan və çatışmazlıqlara, habelə qanun pozuntularına yol verildiyi aşkar olunub.
Nazirlik bildirir ki, auditin nəticələri ilə bağlı materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.