23 C
Baku
Sunday, August 24, 2025

Lizinq şirkətinin xalis mənfəəti 87% artıb

“Elit Leasing” MMC 176,7 min manat xalis mənfəət əldə edib ki, bu da öncəki ildə qeydə alınan 94,4 min manatdan 87% artım deməkdir.

Banker.az şirkətin illik hesabatına istinadən xəbər verir ki, əməliyyat gəlirləri 2024-cü ildə 649 min manat təşkil edib ki, bu da 2023-cü ilin 336 min manatı ilə müqayisədə 313 min manat və ya 93% artım deməkdir.

Kredit və borc faizləri üzrə xərclər isə 331 min manat olub, bu da ötən ilin 101 min manatından 230 min manat və ya təxminən 2,3 dəfə çoxdur.

Ümumi mənfəət 2024-cü ildə 300 min manat olub. Bu göstərici 2023-cü ildə 206 min manat idi və 45% artım qeydə alınıb. Xərclərin artmasına baxmayaraq, vergidən əvvəl mənfəət 118,6 min manatdan 216,3 min manata yüksələrək 82% artım göstərib.

Balans göstəricilərinə baxdıqda, şirkətin cəmi aktivləri 2023-cü ildə 2 milyard 107 min manat olduğu halda, 2024-cü ildə 2 milyard 872 min manata çatıb. Artım 765 min manat və ya 36% təşkil edib.

2023-cü ildə 86 min manat olan cəmi kapital 2024-cü ildə 316 min manata qalxaraq 3,7 dəfə artıb. Öhdəliklər isə 2 milyard 21 min manatdan 2 milyard 556 min manata yüksəlib, bu da 535 min manat və ya 26% artım deməkdir.

Xatırladaq ki, “Elit Leasing” MMC 2024-cü ildə 2021-ci ildə təsis edilib və 53 min manat nizamnamə kapitalı var. Şirkətin səhmdarı Elnur Yusifov Natiq oğludur.

6464

Son xəbərlər
Digər xəbərlər