1 C
Baku
Saturday, December 14, 2024

Lizinq şirkətlərinin inkişafı sığorta şirkətlərinin inkişafına gətirib çıxaracaq

Müsahibimiz: Bakı Sığorta Şirkətinin İctimai əlaqələr üzrə mütəxəssisi cənab Cavid Neymətzadə

Bakı sığorta 2013-cü ildə kifayət qədər işi ilə yadda qaldı. 2014-cü illə bağlı hansı planlar və yeniliklər olacaq?

2014-cü ildə müştərilərə Turbo kasko ilə əlaqədar  yeniliklərimiz, yəni əlavə xidmətlərimiz olacaq. Bundan əlavə,  2014-cü ildə Turbo kart layihəsi ilə paralel olaraq bizdə mənzil sığortası layihəsi də olacaq. Yeni təqdim etdiyimiz mənzil sığortasından faydalanan müştərilər sığorta haqqını ödəyəndən sonra  ödədikləri sığorta haqqının  3 misli qədər kredit əldə edəcəklər. Və eynilə Turbo kaskoda olduğu kimi  bu mənzil sığortasında da  müştərilərə pulsuz xidmətlərdən  istifadə etmək şansı təqdim olunacaq. Məsələn, mənzilinizi bizim şirkətdə sığortalamısınız. Və birdən hər hansı bir bədbəxt hadisə, yanğın və s. baş verib. Bu zaman şirkət tərəfindən müştəri tam pulsuz olaraq  əvəzedici mənzillə, ev əşyalarının  daşınması  üçün nəzərdə tutulan yük taksisi ilə, hüquqi məsləhətlə təmin olunacaq.  Bundan başqa isə müştəriyə FHN-dən müəyyən sənədlərin toplanmasında köməklik göstəriləcək. Yəni, 2013-cü ildə əgər biz könüllü avtomobil sığortası üzrə irəliyə getmişdiksə, 2014-cü ildə isə həm kasko, həm də mənzil sığortası üzrə yadda qalacağıq.

2013-cü ildə təxminən 7 mln. manat yığım əldə etmişik. Bu baxımdan da, 2014-cü ildə təxminən 20% artımın olması gözlənilir.

Son dövrlər bank sektorunda baş verən dəyişikliklər sığorta şirkətlərinə də öz təsirini göstərib. Əsasən avtomobil sığortaları ilə bağlı sığorta şirkətləri itkilərlə üzləşib. Necə düşünürsünüz, bu proses hansı istiqamətdə inkişaf edəcək? Yoxsa bu bazar artıq bank-sığorta bazarından çıxıb lizinqə qismət olacaq?

Bəli, son dövrlər bank sektorunda baş verən dəyişikliklər nəinki Bakı sığorta şirkətinə, həm də bütün sığorta şirkətlərinə də öz təsirini göstərib. Xüsusən də avtomobil satışına qoyulan bir sıra məhdudiyyətlər hamı üçün gözlənilməz oldu. Könüllü avtomobil bazarının payının çoxsunu bankdan gələn avtomobillər, yəni məcburi sığorta təşkil edirdi. Və nəticədə insanlar əslində məcbur olaraq könüllü avtomobil sığortasından yararlanırdılar. İnarırıq ki,  2014-cü ildə insanların könüllü sığortaya maraq göstərməsi  və lizinqə keçməsi kimi proseslər də sığorta şirkətlərinə kömək edəcək. Və nəticədə nəinki sığorta şırkətləri nin maddi durumu daha da düzələcək, hətta lizinq şirkətlərinin inkişafına da təkan veriləcək. Buna qədər isə banklar müştərilərə arayışsız avtomobil kediti verdikdə, lizinq şirkətləri kölgədə qalırdı. Buna görə də, böyük avtomobil salonları artıq lizinqə keçiblər. Ümumiyyətlə desək, lizinq şirkətlərinin inkişafı sığorta şirkətlərinin də inkişafına gətirib çıxaracaq.

Məlum məsələdir ki,  biznesdə müştəri məmnunluğu çox vacib ünsürdür – getdikcə bu pospulatın mahiyyəti Azərbaycanda da güclənməyə başlayıb. Təbii ki, bu sığorta şirkətlərinə də aiddir. Bakı sığorta  müştəri məmnunluğu üçün nələr edir? (hansı tip xidmət,call center və s.)

Bildiyiniz kimi, Bakı sığorta şirkəti müştərilərə ən çox ödəniş edən şirkətlərdən biridir. Bir şirkət olaraq biz marketinq plan və strategiyamızı quranda ilk öncə müştəri məmnunluğu barədə düşünürük. Sığorta olunanlara vaxtında ödənişlərin verilməsi, hadisə yerinə dərhal çatma, call center xidmətindən həftədə 7 gün 24 saat ərzində yararlanmaq fürsəti və bu kimi xidmətlər məhz müştəri məmnunluğunu artırır. Ən başlıcası isə tezliklə online satış xidmətinə keçmək niyyətindəyik.

Online xidmətindən yararlanan müştəri hər hansı bir sığorta məhsulunu əldə etmək istədikdə şirkətə gəlmədən, yalnız online yolla ödəniş edərək bizim müştərimizə çevriləcək. Yəni, müştərinin sığorta polisi özündə olacaq. Və həmin müştərinin bizim saytda şəxsi kabineti olacaq. Burada isə müştəri hansı sığorta məhsulundan istifadə edib, nə qədər ödəniş edib  vəs. kimi proseslərə özü nəzarət edəcək.

Və yaxud  müştəri  online xidmətdən istifadə etmək və yaxud da ofisə müraciət etmək istəmədikdə, bizim sığorta agentlərimiz özləri həmin müştərinin yanına gedə bilərlər. Bundan başqa müştərilərə online məsləhətçi xidməti də təklif olunacaq. Belə bir xidmət isə Azərbaycanın  könüllü sığorta bazarında ilk dəfə olaraq Bakı sığorta şirkəti tərəfindən müştərilərə təklif olunacaq.

cavid 03 (4)

Son flaqman xidmətlərinizdən biri TurboKart olub. Bu kart sığorta bazarı üçün yenilik oldu. Hazırda vəziyyət necədir- bazar kartı necə qarşıladı ?

Ümumiyyətlə, bazar TurboKart xidmətini çox yaxşı qarşıladı. Çünki bildiyiniz kimi, bu yaxınlarda arayışsız kreditlərin verilməsinə qoyulan məhdudiyyətlər hamı üçün gözlənilməz bir hal oldu. Və bu məhdudiyyətlərdən sonra insanlar müəyyən ehtiyaclarını ödəmək üçün  arayışsız kredit götürə bilmirdilər. Amma TurboKart  xidmətindən yararlanan insanlar bizim sığortaçımız olduqdan sonra həm də həmin sığorta məhsulunun 3 misli qədər kredit almaq şansı da qazanacaqlar.

Bundan əlavə müştərilərə  hissə-hissə ödənilən sığorta məhsulları da təklif olunacaq. Məsələn, müştərilərə kasko sığortası iki şərtlə təklif edilir. Birinci şərt odur ki, əgər müştəri kasko sığortasını Turbo kartla əldə edirsə, bu zaman ona kredit xətti ayrılır. Yəni, müştəri öz avtomobilini sığortalayır və onun sığorta haqqının 5000 manatadək, yəni sığorta haqqının 3 misli qədər ona kredit xətti ayrılır. Əgər sığorta məbləği 300 manatdırsa, bu  zaman müştəriyə 1000 manat məbləğində pul ayrılır. Bu sığorta haqqı isə bizim partnyor bank tərəfindən Turbo kart kredit xətti ilə ayrılır. Həmin bu məbləğdən 300 azn sığorta haqqı üçün çıxılır, yerdə qalan 700 azn isə müştəriyə təqdim olunur. Bu məbləği də müştəri istədiyi müddət ərzində xərcləyə bilər. Həmin məbləği isə müştəri il ərzində qaytarmalıdır. Əgər 45 gün ərzində qaytararsa bu zaman bu kredit faizsiz olaraq müştəriyə təklif olunur. Lakin il ərzində geri qaytardıqda isə bu kredit 9,69 %-lə müştərilərə təklif olnur. Bu faiz dərəcəsi isə çox aşağıdır.

İkinci şərt odur ki, bəzən müştəri kredit götürmək istəmir, bu zaman o sığorta ödənişini 12 ay ərzində hissə-hissə ödəyir. Məsələn, illik sığorta ödənişi əgər 300 manatdırsa, müştəri bu məbləği hər ay 25 azn ödəməklə onlayn, post terminal və ya nəğd şəkildə həyata keçirir.

Proporsiya baxımından götürsək Bakısığortanın portfelinin hansı hissəsi korporativ müştərilər, hansı hissəsi isə adi şəxslərdir?

2014-cü ildə proporsiya baxımından götürsək Bakı sığortanın portfelinin 70% -ni  korporativ müştərilər, 30%-ni isə adi şəxslər təşkil edir. 2013-cü ildə isə əksinə idi. Yəni, Bakı sığortanın portfelinin əsas hissəsini  fərdi müştərilər, az bir hissəsini  isə korporativ şirkətlər təşkil edirdi. Bildiyiniz kimi, 2014-cü ilin yanvar ayından avtomobillərin kreditlə satışına bir sıra məhdudiyyətlər qoyuldu. Hal-hazırda isə ən çox tələb olunan məhsulumuz məhz Turbokartdır.

Sonda isə, müsahibəyə razılıq verdiyi üçün Bakı Sığorta Şirkətinin İctimai əlaqələr üzrə mütəxəssisi Cavid bəyə təşəkkür edirik.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.