15 C
Baku
Friday, March 29, 2024

Lizinq şirkətlərinin inkişafına təkan veriləcək

2014-cü ilin yanvar ayından avtomobillərin  arayışsız kreditlə verilməsinə bir sıra məhdudiyyətlər qoyuldu. Elə o gündən insanlar bu problemin həlli yolunu tapmaq qərarına gəldilər. Əslində insanlar bilmir  ki, avtomobilləri təkcə arayışsız kreditlə deyil,  həm də lizinq yolu ilə də əldə edə bilərlər. Buna səbəb isə ölkədə lizinq sektorunun kifayət qədər inkişaf etməməsidir. Bəziləri isə düşünür ki, lizinq və kredit eyni şeydir. Ancaq onlar çox fərqlidir. Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq üzrə maliyyələşdirmə bank kreditlərindən daha uzunmüddətlidir. Yəni, lizinq əslinə qalsa daha sərfəlidir.  Belə ki, banklarında uzun müddət üçün kredit verilməsə də, lakin lizinq üzrə kreditlərin verilməsində ən azı üç illik müddət nəzərdə tutulur.

Lizinq maliyyə icarəsi formasıdır. Lizinq, hər hansı bir avadanlığın (əmlakın) lizinq şirkəti tərəfindən satın alınaraq lizinqalana razılaşdırılmış müddətə istifadəyə (icarəyə) verilməsidir. Müqavilə müddəti bitdikdən sonra avadanlıq (əmlak) lizinq şirkətinin razılığı ilə qalıq dəyəri ödənilməklə lizinqalanın mülkiyyətinə keçir. Bu zaman icarə müddəti əmlakın tam amortizasiya müddətinə bərabər və ya ondan az olmalıdır.

Özündə bank kreditini, icarəni, investisiya elementlərini cəmləşdirən lizinqin 3 əsas iştirakçısı var – lizinq alan, lizinq verən və satıcı.

Müddətinə görə lizinq qısamüddətli (1 ilə qədər), ortamüddətli (1-3 il müddətinə) və uzunmüddətli (3 ildən yuxarı) olur.

Lizinq yolu ilə əsasən texnika və avadanlıq alınır. Çünki bilirsiniz ki, texnika və avadanlığın qiyməti çox baha olur. Və adətən şirkətlər belə bahalı avadanlığı əldə etmək üçün nəğd yolla ödəniş edə bilmirlər.

Mütəxəssislərin fikrincə, lizinqin faiz dərəcəsi aşağı olur və lizinqin faiz dərəcəsi  heç bir zaman məbləğdən asılı olaraq heç bir dəyişmir.

Ekspertlərin fikrincə, 2014-cü ildən  avtomobil satışının lizinqə keçməsi kimi proseslər hətta lizinq şirkətlərinin inkişafına da təkan verəcək. Buna qədər isə banklar müştərilərə arayışsız avtomobil kediti verdikdə, lizinq şirkətləri kölgədə qalırdı.

Son xəbərlər
Digər xəbərlər