18 C
Baku
Monday, May 27, 2024

Lizinqin əsas növləri

Lizinqin mövcud növləri icarəyə götürülən əmlakın müddətinə və müqavilələrin iqtisadi mahiyyətinə görə fərqlənir. Bununla da lizinq əməliyyat (operativ) və maliyyə növlərinə bölünür.

Lizinq prosesində iştirakçıların sayına görə isə qarşılıqlı fəaliyyət birbaşa, dolayı və geriyə icarə edilən ola bilər. Birbaşa lizinq zamanı obyektin təslim edilməsi heç bir vasitəçi olmadan həyata keçirilir. Geriyə icarə edilən lizinq isə sahibin obyektin yenidən geriyə icarə edilməsini təklif edir. Bu halda həm lizinq, həm də icarə müqaviləsi imzalanır.

Dolayı lizinqdə isə mülkiyyət vasitəçi tərəfindən ötürülür. Burada vasitəçi qismində banklar və yaxud ixtisaslaşdırılmış şirkətlər çıxış edir.

Lizinq əməliyyatlarını həmçinin bazar seqmenti əsasında da təsnif etmək olar. Burada qarşılıqlı fəaliyyət daxili (bir ölkə çərçivəsində) və beynəlxalq ola bilər. Xidmətlərin həcminə görə isə lizinq təmiz, tam və məhdud xidmət növlərinə bölünür.

Ödəniş vasitəsinə görə isə lizinqin – pulla ödəniş, məhsul girov qoyulması (lizinqə kompensasiya) və qarışıq ödəniş növləri vardır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər