10 C
Baku
Sunday, December 22, 2024

Lizinqin nə olduğunu hələ də bilmirik

Lizinq- (leasing ingilis sözü olub muzdla vermək mənasını bildirir) ixtisaslaşmış lizinq şirkətinin, firmasının, bank şöbəsinin lizinqalan üçün əmlak olaraq, həmin əmlakın müəyyən müddətə icarəyə verilməsilə əlaqədar olaraq əsas vəsaitlərə investisiya qoyuluşunun maliyyələşdirilməsidir. Lizinq 1877-ci ildə “Bell” kompaniyası telefonlarını satmaq deyil, icarəyə vermək qərarına gəlmələri ilə əlaqədar yaranıb. İlk lizinq səhmdar cəmiyyəti 1952 San-Fransiskoda yaranan “United States Leasing Corparation” kompaniyası olub. 

Lizinqdə də eynilə icarədə olduğu kimi bir şəxsin əmlakı müqavilə əsasında digər şəxsə müəyyən müddətə və müəyyən şərtlərlə məhsuldar istifadəyə verilir. Bununla yanaşı, bu iki anlayış arasında əsaslı fərqlər vardır. Belə ki, icarə əməliyyatlarında sövdələşmənin predmeti olaraq icarədarın təsərrüfat əməliyyatlarından müvəqqəti azad olan əmlakı çıxış edir. icarə münasibətləri iki iştirakçı – mülkiyyətçi və əmlakı müvəqqəti istifadə edən tərəf arasında yaradılır.

Lizinq əməliyyatlarında isə xüsusi olaraq bu əməliyyatların həyata keçirilməsi üçün icarədarın əvvəlcədən verilmiş sifarişi əsasında əldə olunmuş əmlak müqavilə əsasında icarəyə verilir. Bu əməliyyatlarda əlavə olaraq, istehsalçı və ya əmlak verən, habelə özünün maliyyə vəsaitlərini verən investor və ya lizinq sövdələşməsini kreditləşdirən kommersiya bankı iştirak edir. Klassik lizinq münasibətlərində lizinq verən, lizinq alan və satıcı kimi lizinq müqaviləsinin subyektləri iştirak edir. Lakin lizinqin bir investisiya mexanizmi kimi inkişafı nəticəsində banklar və sığorta şirkətləri də lizinq münasibətlərinə qatılırlar. Bu mexanizm aşağıdakı sxemdəki kimi baş verir.

lizinq

Lizinq mexanizmi

Digər tərəfdən bəzi əlamətlərinə görə lizinq bank kreditləşməsinə oxşayır. Belə ki, müqavilə tərəfləri arasında kredit münasibətləri kreditin əsas prinsipləri olan müddətlilik, ödənişlik və qaytarılma əsasında qurulur. Müqaviləyə görə əmlakdan istifadə edən onun mülkiyyətçisinə amortizasiya ayırmaları ödəyir, bu isə kreditin qaytarılan məbləğinə adekvatdır. Lizinq müqaviləsinin müddətinə gəldikdə isə qeyd etmək lazımdır ki, lizinqin hansı formada həyata keçirilməsindən asılı olmayaraq həmin müddət əmlakın istismarının normativ müddətindən ya az olmalı, ya da ona bərabər olmalıdır.

Lizinqin müddəti hesablanarkən aşağıdakılar nəzərə alınmalıdır:

  • Avadanlıqların xidmət müddəti: texniki iqtisadi göstəriciləri. kontraktın müddəti istismar müddətindən çox ola bilməz.
  • Avadanlığın amortizasiya mərhələsi.
  • Daha böyük istehsalçılıq və ya daha ucuz sövdələşmə mərhələsi meydana çıxması
  • İnflyasiya prosesi: artan inflyasiya zamanı lizinq verən üçün uzunmüddətli müqavilə sərf etmir.
  • Borc kapital bazarının konyukturu: lizinq faizinin əsasını uzunmüddətli bank kreditləri təşkil etdiyindənç kreditklərin faiz dərəcəsi lizinqin müddətinə təsir edir.

Lizinq ödəmələrinin tərkibinə amortizasiya, lizinq verənin cəlb edilən resurslara görə ödəmələri, lizinq marjası (1-3%), risk mükafatı təsir edir. Lizinq faizini resurslar üçün ödəmə, lizinq marjası və risk mükafatı təşkil edir:

Lizinqin xarakterik cəhətləri aşağıdakılardan ibarətdir:

  • kreditin ənənəvi formalarındarı fərqli olaraq lizinqdə ssudanın pul forması deyil, əmlak forması təzahür edir;
  • təminat obyekti olan lizinq əmlakı kreditorun mülkiyyətində qalir;
  • ssudanın məbləği əmlakın dəyəri (ilkin və ya qalıq) əsasında müəyyən olunur;

Lizinqin özünəməxsus bir neçə funksiyası vardır:

1. Lizinq əsas fondlara vəsait qoyuluşunun bir formasıdır.

2. Lizinq istehsalın maddi-texniki təminatının proqressiv metodu rolunu oynayır.

3. İqtisadiyyatın kənd təsərrüfatı və emal sənayesi müəssisələrində istehsal vasitələrinə mövsümi tələbatın ödənməsi və məhsulların daşınmasının təşkili.

Lizinq əməliyyatlarının iştirakçıları əsas və əlavə olaraq 2 yerə bölünür. Əsasa daxildir:

  • Lizinq verənlər– bu lizinq əmlakının mülkiyyətçisidir, yəni lizinq firma və kompaniyaları
  • Lizinq alanlar- bu fərdi sahibkar kimi qeydiyyatdan keçmiş istənilən təşkilati-hüquqi formada fəaliyyət göstərən hüquqi və ya fiziki şəxsdir, yəni istehsal, ticarət, nəqliyyat müəssisələri və əhali

a) Sövdələşmə obyektinin təchizatçısı(malgöndərən)- bu maşın və avadanlıqları hazırlayan müəssisə və ya lizinq əmlakını satan digər hüquqi və ya fiziki şəxsdir.

  • istehsal və ticarət kompaniyaları

Əlavəyə daxildir: lizinqverəni kreditləşdirən və sövdələşmələrin zəmanətçisi-kommersiya və investisiya bankları, sığorta kompaniyaları, brokerlər və s.

Lizinq əməliyyatının formaları:

– Maliyyə lizinqi uzunmüddətli razılaşma növü olub, amortizasiya icarədar tərəfindən tam ödənilir. əmlakın quraşdırma və cari xidmət xərcləri icarədarın öhdəliyindədir. Müddət bitəndən sonra adətən əmlak icarədar tərəfindən alınır. Əmlak sahibinin riskini aşağı salır. Daşınmaz əmlak və uzunmüddətli istehsal vasitələri verilir.

– Operativ lizinq- əşyanın əldə olunması və saxlanılması xərcləri bir lizinq kontraktı müddətində ödənilmir. Buna görə də əmlak 1 neçə dəfə icarəyə verilir.

Müqavilə 2-5 illik müddətinə bağlanılır. Risk böyük olduğundan lizinq dərəcəsi də yüksək olur. Tez sıradan çıxan avadanlıqlar (komp, ksersk), texniki baxımdan qəliz, hər zaman xidmət tələb edən avadanlıqlar verilir(maşınlar, avialayner, dəmiryol nəqliyyatı). İcarədara köhnəlmiş avadanlığı qaytarıb yenisini almaq imkanı verir.

– Geri qaytarılan lizinq- avadanlığın sahibi icarədarla uzunmüddətli müqavilə bağlayaraq, avadanlığı digər tərəfə satır. Yəni, malgöndərən dəyişir, icarədar isə qalır. İnvestor təminat əvəzinə onun əmlakını öz əlinə keçirərək keçmiş sahibi kreditləşdirir. İşsizliyin səviyyəsinin aşağı düşdüyü şəraitdə, müəssisənin maliyyə vəziyyətinin sabitləşdirmək üçün həyata keçirilir.

– Müstəqil lizinq- çoxlu sayda tərəflər olur, qəliz və iri həcmli obyektlərin(aviatexnika, buruq platformaları) lizinqi zamanı bir neçə malgöndərən, lizinqverən kompaniyaları iştirak edir və banklardan kredit cəlb olunur. Lizinq verən əmlakın yalnız 1 hissəsini- obyektin alınması üçün lazım olan hissəni təmin edir.

Bu vəsaitlər səhmlərin buraxılması yolu ilə lizinqverənlər arasında bölüşdürülür. Obyektin dəyərinin qalan hissəsi isə kreditorlar (banklar,..) tərəfindən maliyyələşdirilir.

– Sublizinq-lizinq predmetinin istifadə hüququnun 3-cü tərəfə (lizinq kompaniyasına) keçməsi ilə yaranır. İcarə ödəmələrinin əldə olunma hüququ əsas icarəverəndə olur. Sublizinq əməliyyatını yerinə yetirən tərəf lizinq predmetini lizinq müqaviləsi əsasında lizinqverəndən qəbul edir və onu müddətli istifadə üçün sublizinq müqaviləsi əsasında lizinqalana ötürür. Yəni lizinq verən dəyişir.

 Rovelver lizinq– lizinq alan müəyyən müddətdən sonra icarəyə götürdüyü əmlakı digər lizinq obyekti ilə əvəz edə bilər. Bu lizinq alana texnoloji baxımdan müxtəlif avadanlıqlar lazım olduqda istifadə edilir.

– Daxili lizinq – lizinqin bu formasında iştirakçilar hamisi bir ölkə daxilində fəaliyyət göstərirlər.

– Beynəlxalq lizinq – lizinqin bu formasında isə iştirakçılar müxtəlif ölkələrdə fəaliyyət göstərirlər.

Lizinqin mənfi və müsbət cəhətlərini qısaca olaraq aşağıdakı kimi xarakterizə etmək olar. Lizinqin müsbət cəhətləri:

  • Lizinq müqaviləsi kredit müqaviləsində daha asan əldə olunur.
  • Təminat əmlakın özü olur.
  • Ödənmələrin dərhal həyata keçirilməsi tələb edilmir- avadanlığın lizinqalana çatdırılmasından sonra başlanır.
  • Avadanlığı vaxtaşırı yeniləmə imkanı olur.
  • Vergi güzəştləri olur.
  • BVF Mərkəzi xərcləri hesablayarkən lizinq sövdələşmələrini nəzərə almır.

Lizinqin mənfi cəhətləri:

  • Lizinq müqavilənin bağlanmadığı, lakin avadanlığın köhnəldiyi halda icarədar köhnə avadanlığa görə icarə haqqı ödəyir.
  • Operativ lizinqdə köhnəlmiş avadanlığın riski icarəverəndə olur, o da itkiyə məruz qalmamaq üçün icarə haqqını qaldırır.
  • Maliyyə lizinqində avadanlıq köhnəldikdən sonra da lizinq ödənilir.
  • Əgər obyekt iri və unikaldırsa, müqavilənin hazırlanması çox vaxt və vəsait tələb edir.
Son xəbərlər
Digər xəbərlər