20 C
Baku
Tuesday, May 28, 2024

Lloyd’s-a ilk dəfə qadın rəhbərlik edəcək

Nəhəng sığorta şirkəti olan Lloyd’s of London-a 325 illlik tarixi boyu ilk dəfə bir qadın – İnqa Bil rəhbərlik edəcək.

Şirkətin keçmiş rəhbəri Riçard Uord tutduğu vəzifəni cari ilin sonunda tərk edəcək. O şirkətə 8 ildən çox rəhbərlik etmişdir. Direktorlar şurasının sədri Con Nelson bildirmişdir ki, o belə bir təyinatdan razıdır.

Bil bu vəzifə üçün Canopius şirkətindəki rəhbərlik vəzifəsini tərk etməli olacaq. Bu günə qədər o 4 il Zurich Insurance şirkətində çalışmış, həmçinin İsveçrə təkrarsığorta şirkətinin direktoru olmuşdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər