-1 C
Baku
Sunday, December 15, 2024

LNG bazarında 2025-2027-ci illərdə güclü artım proqnozlaşdırılır

Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarının onilliyin ortalarına qədər dayanıqlı olmayacağını hesab edir.

Bu barədə Agentliyin “World Energy Outlook 2023” hesabatında göstərilir.

Agentliyin ekspertləri aydınlaşdırırlar ki, yaxın gələcəkdə bazar tarazlığı qeyri-sabit olaraq qalacaq, vəziyyət onilliyin ortalarından etibarən dəyişəcək. Tikintisinə başlanmış və ya yekun investisiya qərarı verilmiş layihələr 2030-cu il üçün təbii qazın illik mayeləşdirmə qabiliyyətini 250 mlrd. kubmetr artıracaq ki, bu da bugünkü qlobal LNG təchizatının demək olar ki, yarısını təşkil edir.

Hesabata əsasən, güclü artım 2025 və 2027-ci illər arasında baş verəcək, yeni istehsalın yarıdan çoxu isə ABŞ və Qətərin payına düşəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər