“LocalBitcoins” adlı kriptovalyuta mübadiləsi xidməti fəaliyyətini dayandırır. Platforma rəhbərliyi etiraf edir ki, “uzun sürən və çox şaxtalı kriptoqış fonunda yaranan çətinliklərlə mübarizə aparsa da”, uğursuzluğa düçar olub.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Bildirilir ki, 9 fevralı 2023-cü il tarixindən etibarən xidmət yeni hesabların qeydiyyatını qadağan edib, fevralın 16-dan isə ticarəti dayandırır. İstifadəçilər bağlanma xəbərinin gəldiyi tarixdən etibarən bir il ərzində hesablarından pul çıxara biləcəklər.
“LocalBitcoins” – kripto dünyasında ilk mübadilə xidmətlərindən biridir. Şirkət 2012–ci ildə Ceremay Kanqas tərəfindən Finlandiyanın Helsinki şəhərində təsis edilib və 189 ölkədə işləyib.