14 C
Baku
Saturday, November 23, 2024

“L’Occitane” Rusiyada satışları dayandırır

Kosmetika şirkəti “L’Occitane” Rusiyada məhsulların onlayn satışı üçün mağazalarını və saytlarını bağlayır.

Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.

Qrupun bu yaxınlarda dərc etdiyi açıqlamada izah edildiyi kimi, qərar Ukraynadakı vəziyyətlə bağlıdır.

Şirkət son həftələrdə Rusiyadakı əməliyyatlarının həcmini əhəmiyyətli dərəcədə azaltdığını bildirib. Eyni zamanda investisiya və biznesin genişləndirilməsi planları dondurulub.

Mesajdan belə çıxır ki, qrup rusiyalı işçilərə, eləcə də “L’Occitane” şirkətinin Ukraynada paylanması üçün partnyoru olan şirkətin əməkdaşlarına maaş verməkdə davam edəcək.

Son xəbərlər
Digər xəbərlər