10 C
Baku
Friday, October 25, 2024

“Lockheed Martin” raket mühərrikləri istehsalçılarnı birləşdirir

ABŞ-ın “Lockheed Martin” hərbi sənaye korporasiyası raket mühərrikləri istehsal edən “Aerojet Rocketdyne Holdings” şirkətini 4,4 milyard dollara satın aldığını açıqlayıb.

“Prime” xəbər verir ki, son ödəniş gələn ilin ikinci yarısında həyata keçiriləcək.

”Aerojet Rocketdyne” şirkətinin satın alınması ilə milli müdafiə sənayesinin təməlində başlıca ünsür daha da gücləndiriləcək. Bu sövdələşmə ABŞ və müttəfiqlərinin təhlükəsizlik sahəsindəki mühüm fəaliyyətlərinə “Lockheed Martin”in göstərdiyi dəstəyi daha da təkmilləşdirir, fəzada və hiper səs texnologiyalarında ölkəmizin öncül mövqeyini qoruyub saxlayır”, – “LM” rəhbəri Ceyms Teklet bildirib.

2013-cü ildə təsis olunmuş “Aerojet Rocketdyne” şirkəti raket və raket mühərriklərinin layiləndirilməsi və istehsalı ilə məşğuldur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər