22 C
Baku
Sunday, May 26, 2024

“Logitech” “şaquli” kompüter siçanını təqdim edib

“Logitech” şirkəti təkmilləşdirilmiş “şaquli” kompüter siçanını təqdim edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, yenilik üç rəngdə mövcud olacaq – gümüşü, çəhrayı və qara. Yeni aksesuarın qiyməti 70 dollar təşkil edəcək.

“Şaquli” siçanın əsas fərqləndirici cəhəti əlinizi 57 dərəcə bucaq altında yerləşdirməyə imkan verən baş barmaq dayağının olmasıdır – bu, rahatlıq təmin edir və qolun daha təbii mövqeyinə görə biləkdə yaranan gərginliyi aradan qaldırır.

Siçan “Windows”, “macOS”, “Linux”, “Chrome OS”, “iPadOS” və “Android” əməliyyat sistemlərini dəstəkləyir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər