31 C
Baku
Thursday, August 11, 2022

Lohnes “bədheybəti” haqqında şayiələr reklam agentlərinin uydurması imiş

Britaniyalı professor Herret Uilyamsın bildirdiyinə görə, Şotlandiyanın Lohnes gölündə yaşayan bədheybət haqqında şayiələri bir reklam agenti yaymışdır. Professorun sözlərinə görə, yerli otel sahibləri reklam agentinə bu şayiələri yaymaq üçün pul ödəmişlər.

 

Mirror qəzetinin yazdığına görə, sirli bədheybət haqqında əfsanəni 1930-cu illərdə reklam agenti olaraq fəaliyyət göstərən yazıçı Digbi Corc Gereti yaratmışdır.

 

Professor Uilyams belə müəyyən etmişdir ki, pivəxanada iqtisadi böhrandan zərər görmüş İverness sənaye mərkəzinin yaxınlığında yerləşən otel sahiblərinə sirli əfsanə uydurmağı təklif edir.

 

Bu fikir biznesmenlərin marağını özünə cəlb edir və onlar insanların marağını cəlb edəcək hekayəni yaratması üçün Gereti-yə o dövrlər böyük məbləğ hesab edilən 150 funt ödəyirlər. Professorun fikrincə, Gereti daha sonradan 1 yerli jurnalist ilə razılığa gəlir. Həmin jurnalist isə öz növbəsində su inspektoru Aleks Kempbell-in danışdığı əhvalatı çap edir və daha sonradan bu haqda gəzn şayiələri təsdiq edir. Skeptiklər elə o vaxtdan bədheybətin ilk şahidlərindən olan cənab makkey-in İnvernes-də otel sahibi olduğunu diqqətə çatdırmışdılar.

Artıq 1980-ci ildə Gereti öz kimayçı dostu Henri Bauerə yazdığı məktubda bu əhvalatı uydurduğunu və özünün məşhurluğu ilə qürur duyduğunu yazmışdı.

 

Lohnes bədheybəti haqqında şayiələr məhz 1930-cu illərdə öz pik nöqtəsinə çatmışdı. Lakin bir çoxları belə düşünür ki, bu bədheybət haqqında ilk şayiələr hələ bir neçə əsr əvvəldən mövcud idi. Bədheybətlə ilk qarşılaşma tarixçələri haqqında məlumatlar kempbell-in sözləri ilə 1933-cü ildə “İnvernes kuryer” qəzetində nəşr edilmişdi. Bir neçə aydan sonra isə mətbuatda “bədheybətin” ilk şəkilləri peyda olmuşdu.

 

Son xəbərlər
Oxşar xəbərlər