Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində Birmarket-ə məxsus anbara da zərər dəyib.
Banker.az xəbər verir ki, bu barədə şirkət özü bildirib.
Bu səbəbdən aktiv sifarişlərin çatdırılmasında gecikmələr və yeni sifarişlərin qəbulunda çətinliklər yaşana bilər.
“Komandamız əməliyyatların mümkün olan ən qısa zamanda bərpası üçün çalışır. Bütün yenilikləri sizinlə paylaşacağıq. Anlayışınız və səbriniz üçün təşəkkür edirik.” – Birmarket bəyan edib.
Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub.






