2 C
Baku
Cümə, Dekabr 3, 2021

Lokdaunu pozan latviyalılar 2000 avroya qədər cərimə ödəyəcəklər

Özünütəcrid rejimini pozan Latviya vətəndaşları 10 avrodan 2000 avroya qədər cərimə ödəyəcəklər.

Banker.az xəbər verir ki, hüquqi şəxslər üçün bu məbləğ 140 avrodan 5000 avroya qədər dəyişəcək. Verilən məlumata görə, məhdudiyyətlərə riayət edilməsinə cinayət araşdırma işçiləri və kollec kursantları da daxil olmaqla, əyalət polisləri nəzarət edəcək. Xatırladaq ki, Baltikyanı ölkələrdə karantin rejimi oktyabrın 21-dən noyabrın 15-dək tətbiq edilib.

Latviyalılar saat 20:00-dan 5:00-dək (işə gəlmə və ya işdən çıxma vaxtı istisna olmaqla) komendant saatına riayət etməli olacaqlar. Əməyin özünə gəldikdə, bilavasitə iştirak yalnız istehsal, tikinti və iqtisadiyyat sahələrində çalışan işçilərə icazə verilir. Ölkədəki məktəblər də noyabrın 15-dək fəaliyyətini dayandırır (1-3-cü sinif şagirdləri noyabrın 1-dən təhsil almağa başlayacaqlar).

Bundan əlavə, karantin dövründə marketlər, ərzaq mağazaları, apteklər və zoomağazalar istisna olmaqla, bütün müəssisələr bağlanacaq. Əyləncə, idman və istirahət mərkəzlərinin fəaliyyəti qadağan ediləcək.

Qeyd edək ki, Avropanın digər ölkələrində də koronavirus məhdudiyyətləri sərtləşdirilir. İtaliya və Avstriyada həm dövlət, həm də özəl şirkətlərin bütün işçiləri iş yerinə gəlmək üçün QR-kod təqdim etməlidirlər. İtaliyada qanun pozanları 600 avrodan 1500 avroya, işəgötürənləri isə 400 avrodan 1000 avroya qədər cərimə gözləyir. Avstriyada işçilər 500 avroya qədər, işəgötürənlər isə 3500 avroya qədər cərimələnir.

ABŞ-da 2021-ci ilin sentyabr ayında ictimai nəqliyyatda maska taxmamağa görə cərimələr artırılıb – qaydanı birinci dəfə pozanlar 500 dollar, təkrar pozanlar isə 3000 dollara qədər cərimə cəzası alır.

Xatırladaq ki, Rusiyada da karantin məhdudiyyətləri yenidən sərtləşdirilir. Məsələn, Moskva şəhərində 28 oktyabrdan 7 noyabradək qısamüddətli lokdaun elan edilib. Lokdaun kafe, restoran, bərbərxana, idman zalları və digər obyektlərə şamil olunub.

Son xəbərlər
Oxşar xəbərlər
X