8 C
Baku
Friday, March 29, 2024

Lombard fəaliyyətinə lisenziya verilməsinə görə rüsum tətbiq olunacaq

Azərbaycanda lombard fəaliyyətinə lisenziya verilməsinə görə rüsum tutulacaq.

Bu barədə yeni hazırlanan “Lombardlar haqqında” qanun layihəsinin 18-ci maddəsində (Lisenziya və icazə) bildirilib.

Sənədin 18.5-ci bəndində qeyd edilib ki, lombard fəaliyyətinə lisenziya verilməsi üçün “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş miqdarda və qaydada dövlət rüsumu ödəniləcək.
Qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

APA

Son xəbərlər
Digər xəbərlər