10 C
Baku
Friday, December 13, 2024

Lombardın yaranma tarixi

Müasir dövrümüzdə heç kəs ani olaraq yaranan maliyyə problemindən sığortalanmayıb. Pulun ilk yarandığı vaxtdan insanlar müəyyən maliyyə problemi ilə qarşılaşıb. Tarix belə göstərir ki, hələ Qədim Roma dövründə müəyyən dəyərə malik girov qarşılığında faizlə borc verən insanlar mövcud olmuşdur. Lakin romalılar arasında sərraflıq elə də şərəfli peşə hesab edilmirdi. Buna baxmayaraq, sərraflar ən gəlirli peşə sahibləri idilər.

Orta əsrlərdə, lombardlar yaranmamışdan öncə onların funksiyasını sərraflar icra edirdilər.

Onlar pula ehtiyacı olan insanlara çox yüksək faizlə pul verirdilər. Bunu əsl talan adlandırmaq olardı. Verilən kreditin dəyəri bəzən illik 300%-ə çatırdı ki, bu da kiçik ticarətçilər üçün əsl problemə çevrilirdi. Nəticədə də yerli miqyasda iqtisadi böhranlar yaşanırdı.

Ticarətçilərin və sənətkarların gəlirinin ani şəkildə enməsi onların kilsəyə ödədiyi vergi axınını əhəmiyyətli dərəcədə azaldırdı. Sərrafların sərhədsiz maliyyə özbaşınalığının qarşısını almaq məqsədilə kilsə 15-ci əsrdə vəziyyətdən çıxış yolu axtarmağa başlayır.

Bu zaman Fransiskan monastrı qiymətli əşyalar girov qoyulması qarşılığında kiçik faizsiz kreditlər verməyi təklif edir. 1462-ci ildə fransiskanlar tərəfindən kiçik faizsiz kreditlər verən “Mont di Pieta” adlanan ilk bank kontoru açılır. Bundan 30 il keçdikdən sonra artıq bütün İtaliya ərazisində və həmçinin alman dövlətlərində bu cür maliyyə müəssisələri fəaliyyət göstərirdi. Kredit illik kiçik faiz olan 6%-lə verilirdi.

15-ci əsrin sonunda Fransa kralı XI Lüdovik sahibkarların sələmçiliklə məşğul olmasına icazə verir ki, onların da əsas öhdəliyi sərt hədlərdə faiz dərəcələri təyin etmək idi. Vəziyyət elə gətirir ki, Fransada kredit vermək üçün kral icazəsini Şimali İtaliyanın Lombard əyalətindən olanlar qazanır. Onlar bütün Fransa ərazisi boyu maliyyə institutu şəbəkəsi yaradırlar. Əhali arasında isə bu müəssisələr “Lombardlılar evi” və yaxud sadəcə “lombard” adını alır. Qeyd etmək lazımdır ki, Fransa kralı XI Lüdovikin özü tez-tez lombard xidmətlərindən istifadə edirdi.

Son xəbərlər
Digər xəbərlər