18 C
Baku
Friday, April 25, 2025

“Lomond School” Britaniyada ilk olaraq təhsil haqqını bitkoinlə qəbul etməyə başlayıb

Şotlandiyanın “Lomond” özəl məktəbi Böyük Britaniyada ilk olaraq təhsil haqqının bitkoinlə ödənilməsini sınaqdan keçirməyə başlayıb. Ənənəvi bank sistemlərini əhatə etməyən bu seçim beynəlxalq əməliyyatları sadələşdirmək və xarici tələbələri məktəbə cəlb etmək üçün nəzərdə tutulub.

Qeyd olunur ki, dəyişkənliyinə baxmayaraq, kriptovalyuta cəlbedicidir, çünki o, müxtəlif ölkələrdə, o cümlədən ənənəvi maliyyə sistemlərinə və ya beynəlxalq bank köçürmələrinə çıxışın məhdud olduğu ölkələrdə istifadə olunur.

Kriptovalyuta məzənnəsinin dəyişməsi ilə bağlı itkilərdən qorunmaq üçün məktəb öz hesabına daxil olan bitkoinləri dərhal funt sterlinqə çevirmək niyyətindədir. Bildirilir ki, “Lomond” kriptovalyuta əməliyyatlarının işlənməsi və onların Böyük Britaniyanın maliyyə qaydalarına uyğunluğunu təmin edən şirkətlər olan “CoinCorner” və “Musqet” ilə tərəfdaşlıq edir.

Məktəb həm də tələbələri mərkəzləşdirilməmiş maliyyə ideyasını dəstəkləyən iqtisadi nəzəriyyələr və kriptovalyutaların əsasını təşkil edən texnologiyalarla tanış etməyi planlaşdırır. Yeniyetmələr blokçeyn prinsiplərini öyrənəcək və mövcud pul sistemlərinin müxtəlif aspektlərini müzakirə edəcəklər.

Böyük Britaniyanın səlahiyyətli orqanları təhsil xidmətləri və özəl təhsil müəssisələrində yaşayış üçün ƏDV tətbiq etdikdən sonra məktəb kriptovalyutanı ödəniş forması kimi qəbul etmək qərarına gəlib.

2025-ci ilin yanvarında qüvvəyə minən yeni qanuna cavab olaraq bir çox məktəb təhsil haqlarını qaldırıb. Məsələn, İton kolleci illik ödənişlərini 52 749 funt sterlinqdən (69 974 dollar) təxminən 63 000 funta (təxminən 83, 600 dollar) yüksəldib. Ekspertlərin fikrincə, təhsilin bahalaşmasına səbəb olan ƏDV-nin tətbiqi özəl məktəblərdə tələbələrin sayının 3-7% azalmasına gətirib çıxara bilər.

Son xəbərlər
Digər xəbərlər