26 C
Baku
Saturday, July 27, 2024

London Belarusa qarşı sanksiya tətbiq etməyə hazırdır

Böyük Britaniya və onun beynəlxalq tərəfdaşları, Belarusdakı etirazçılara qarşı zorakılığa görə məsuliyyət daşıyan şəxslərə münasibətdə sanksiya tətbiq etməyə hazırdır. Banker.az xəbər verir ki, bu barədə İngiltərənin xarici işlər naziri Dominik Raabın açıqlamasında deyilir.

“Böyük Britaniya beynəlxalq tərədaşları ilə birlikdə günahkarları cəzalandırmaq və Belarus hakimiyyətini məsuliyyətə cəlb etmək üçün çalışacaq”, – bəyanatda qeyd edilir.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Respublikadakı seçki məntəqələri bağlandıqdan sonra nəticələrin saxtalaşdırılmasına qarşı etirazlar başlayıb. Etirazlar zamanı polis və daxili qoşunlar nümayəndələri dinc əhaliyə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Daha sonra ölkənin böyük sənaye müəssisələrində tətil başlayıb, işçilər yeni seçkilərin keçirilməsini, o cümlədən etirazçılara qarşı sərt rəfdara son qoyulmasını tələb ediblər.

Son xəbərlər
Digər xəbərlər