23 C
Baku
Sunday, July 3, 2022

London birjası Frankfurt birjası ilə birləşəcək

London birjasının səhmdarlarının 99,9 faizi Frankfurt birjası ilə birləşmək üçün səs verib.

AZƏRTAC “euronews.com”a istinadla xəbər verir ki, əgər bu birləşmə reallaşarsa 24 milyard avro dəyərə malik yeni şirkət dünyanın ən böyük birjalarından biri olacaq.

Böyük Britaniyada keçirilən referendumda Avropa İttifaqından (Aİ) çıxmaq qərarı verildikdən sonra London birjasının rəhbəri Donald Braydon bu birləşmə ilə bağlı Brüsselin razılıq verəcəyindən əmindir.

Frankfurt birjasının səlahiyyətliləri isə yaradılacaq yeni şirkətin mərkəzinin Birləşmiş Krallıqda olmasını istəmir.

Ötən həftə Almaniya Federal Maliyyə Nəzarət orqanı (BaFin) Böyük Britaniyanın Aİ-dən ayrılmasından sonra yeni şirkətin mərkəzi ofisinin Londonda yerləşməsinin çətin olduğunu açıqlamışdı.

 

Son xəbərlər
Oxşar xəbərlər