8 C
Baku
Monday, November 18, 2024

London birjası Rusiya ilə əlaqəli 27 şirkətin qiymətli kağızlarının ticarətini dayandırıb

London Fond Birjası (LSE) cümə axşamı Rusiya Federasiyası ilə sıx bağlı olan 27 şirkətin qiymətli kağızlarının ticarətini dayandırıb.

Banker.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazır.

LSE-nin fikrincə, belə bir addım “Ukraynada baş verən hadisələr ilə əlaqədar olaraq bazarlardakı vəziyyəti tənzimləmək” məqsədilə qəbul edilib.

Qeyd edək ki, şirkətlər arasında En+ Group (Rusal-ın nəzarət paketinə sahibdir), Sberbank, Qazprom, Lukoil və Polyus da var.

LSE-nin bəyanatında deyilir: “Biz bütün müvafiq sanksiyalarla bağlı tənzimləyicilər və səlahiyyətli orqanlarla fəal şəkildə əlaqə saxlayırıq və müvafiq tədbirlər görürük. LSE-nin Rusiya və Ukraynadakı əməliyyatları ümumi dövriyyənin bir faizindən azını təşkil edir”.

Son xəbərlər
Digər xəbərlər