21 C
Baku
Thursday, April 25, 2024

London biznes məktəbi

London biznes məktəbi (ing. London Business School, həmçinin LBS kimi də məşhurdur) Londonda yerləşən ali təhsil müəssisəsidir.

London biznes məktəbi London Universitetinin (University of London) biznes məktəbidir və əsası 1964-cü ildə qoyulub. Biznes məktəb 2010-cu ildən başlayaraq özünün şəxsi diplomunu verir. Bu zamana qədər isə məzunlara University of London diplomu təqdim edilirdi. Məktəb MBA proqramı üzrə tam təlim, həmçinin doktorluq və bir sıra digər təhsilin əldə edilməsi və davam etdirilməsi üzrə proqramlar təqdim edir. Bu proqramlara dünyada ilk Masters in Finance, Masters in Management, Executive MBA, Sloan və s. proqramlar da daxildir.

London biznes məktəbi Financial Times nəşrinin tərtib etdiyi dünyanın ən nüfuzlu biznes məktəbləri reytinqində (Financial Times Global MBA Rankings 2010) ilk pilləyə sahib olmuşdu.

London Business School-a qəbul olmaq prosesi kifayət qədər çətindir və bu səbəbdən də dünyada ən rəqabətli ali təhsil müəssisələrindən biri hesab olunur. Bu biznes məktəbə qəbul olmaq üçün yüksək dərəcədə GPA, GMAT və beynəlxalq təcrübə kimi bir sıra əlavə keyfiyyətlərə malik olmaq lazımdır. Burada MBA proqramına qəbul olmaq üçün orta GMAT həddi 701, MiF proqramı üçün isə 710 təşkil edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər