3 C
Baku
Tuesday, December 24, 2024

London dünyanın ən yaxşı şəhəri seçilib

“Resonance Consultancy” konsaltinq şirkətinin “The World’s 100 Best Cities” reytinqinə əsasən, ardıcıl 10-cu ildir ki, dünyanın ən yaxşı şəhəri London seçilir. Böyük Britaniyanın paytaxtı xarici investorlar, tələbələr, turistlər və biznes liderləri üçün ən cəlbedici şəhər adlandırılıb.

Reytinqdə ikinci yerdə Nyu-York qərarlaşıb. Münsiflər heyəti vurğulayıb ki, şəhər pandemiyadan inanılmaz dərəcədə tez “sağalıb” və yenidən turistlər üçün cəlbedici olub. Nyu-Yorkda hotellərin sayı artır, hakimiyyət infrastrukturun inkişafına və muzeylərin yenidən qurulmasına pul yatırır, şəhərə getdikcə daha çox gənc və istedadlı tələbələr gəlir.

Üçüncü yeri Paris tutub. Bu il Fransa paytaxtı üçün çətin olub – Olimpiya oyunları və xarici turist axını etirazlarla müşayiət olunub, işsizlik və yoxsulluğun səviyyəsi azalmayıb. Bununla belə, ekspertlər şəhərin artan turizm gəlirlərinə, burada kirayə evlərin populyarlığına və yerli hökumətin iddialı layihələrinə xüsusilə vurğu ediblər.

Reytinqin dördüncü pilləsində Yaponiyanın Tokio şəhəri yer alıb. İlk beşliyi ölkə-şəhər olan Sinqapur tutub. Top 10-luğa həmçinin Roma, Madrid, Barselona, Berlin və Sidney daxil olub. Amsterdam, San-Fransisko, Dubay, Los-Anceles, Toronto, Seul, Çikaqo, Vyana, Sietl, Milan isə Top 20-likdə yer alıb. Ümumilikdə reytinqdə 100 şəhər var – Rio-de-Janeyro sonuncu yeri tutub.

Son xəbərlər
Digər xəbərlər