9 C
Baku
Friday, December 13, 2024

London iqtisadiyyat məktəbi

London iqtisadiyyat və siyasət məktəbi London universitetinin bir hissəsi kimi 1895-ci ildə açılmışdır. Bu günkü günümüzdə bu məktəb dünyanın ən aparıcı iqtisadi təhsil və elmi araşdırma mərkəzidir. London məktəbi Oksford və Cambridge ilə birlikdə Böyük Britaniyanın ən yaxşı universitetlərinin ilk üçlüyünə daxil olur.

Məktəbdə peqaqogika ilə yanaşı, geniş elmi fəaliyyətdə aparılır. Burada 19 araşdırma mərkəzi var, UK Research Assessment Exercise nəticələrinə görə isə Böyük Britaniyanın 200 universitet və kolleclərinin sırasında ikinci yeri tutur. Məktəbin əsas qürur mənbəyi onun məşhur kitabxanasıdır və bu kitabxana iqtisadiyyatla bağlı ən geniş kitab kolleksiyasına sahibdir. Kolleksiyada 5 milyondan çox müxtəlif nəşr var.  London iqtisadiyyat məktəbinə 21 departament daxildir. Bunlara İqtisadiyyat nəzəriyyəsi, iqtisadiyyat tarixi, mühasibat və maliyyə, menecment, antropologiya daxildir.

London məktəbində 7,5 min insan təhsil alır. Onların 34%-i Britaniyadan, 18%-i Avropa İttifaqı ölkələrindən, 48%-i isə digər ölkələrdən gələn tələbələrdir. 2007-ci ilin payızında isə burada təhsil alan əcnəbi tələbələrin sayı 75% idi.

Lselibray_2

Məktəbə daxil olmaq üçün əsas tələblər: orta təhsil (А-level, GCSE); UCAS forma. Bu forma 1 sentyabrdan 15 yanvara qədər qəbul edilir. İngilis dili bilmə səviyyəsi isə IELTS — 6.5-7.0, TOEFL 603/627-dən aşağı olmamalıdır. 2006-2007-ci illərdə təhsil haqları bakalavr proqramı üzrə 11,5 min funt təşkil edir.

Fakultələr: maliyyə və muhasibatlıq, antropologiya, iqtisadiyyat tarixi, iqtisadiyyat, geoqrafiya və ətraf mühit, idarəetmə, istehsalat proqramı, informasiya sistem, beynəlxalq tarix, beynəlxalq əlaqələr, hüquq, riyaziyyat, kütləvi informasiya vasitələri və cəmiyyətlə əlaqələr, operativ araşdırma, filosofiya, məntiq və elmi metodika, sosiologiya, statistika. Burada eyni anda iki ixtisas almaq imkanı var.

London iqtisadiyyat məktəbinin 13 məzunu Nobel laureatıdır, onların 5-i iqtisadiyyat sahəsində (John Hicks, Arthur Lewis, John Mead, Alfred von Hayek və Ronald Coase) qalibdir.

Son xəbərlər
Digər xəbərlər