London nəqliyyatında “fast food” reklamı qadağan olunub

0
London/ Photograph: Tolga Akmen/AFP/Getty

Bu gün Londonda tərkibində yüksək həcmdə duz, şəkər, yağ olan yemək və içkilərin nəqliyyatdakı reklamına qadağa qüvvəyə minib.

London nəqliyyat idarəsinin bəyanatına istinadən, yeni qanunun təşəbbüskarı olan paytaxt meri Sadiq Xan şəhərdəki məktəblilərin 40 faizində qeydə alınan piylənməyə qarşı mübarizədə sözügedən tədbirin səmərəli ola biləcəyi qənaətinə gəlib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bəyanata görə, paytaxt meri yeni qanunun həmçinin böyükləri də daha sağlam qidalanmağa vadar edəcəyinə ümidvardır.

Bununla bağlı bəzi londonlular metrodakı “fast food” reklamı ucbatından “nəfs”lərini cilovlamaqda çətinlik çəktiklərini etiraf ediblər.