-3 C
Baku
Sunday, December 15, 2024

London Rusiya neftinin nəqli üzrə xidmətlərə qadağa qoyacaq

Böyük Britaniya Rusiya neftinin Qərb ölkələri tərəfindən müəyyən edilmiş maksimum qiymətə və ya ondan aşağı qiymətə alınmadığı təqdirdə daşınması üzrə xidmətlərin göstərilməsinə qadağa tətbiq edəcək.

Bu barədə cümə axşamı Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant bildirib.

Məlumata görə, qadağa dekabrın 5-dən qüvvəyə minəcək və Böyük Britaniyada fəaliyyət göstərən şirkətlər tərəfindən göstərilən xidmətlərə, o cümlədən sığorta, brokerlik və neft daşınması sahələrinə şamil ediləcək.

Qeyd edək ki, hələ iyun ayında Aİ və Böyük Britaniya Rusiya neftini daşıyan gəmilərin sığortasına qadağa tətbiq etmək barədə razılığa gəlib. Bildirilib ki, bu addım sayəsində Rusiya ən böyük sığorta bazarı olan “Lloyd’s of London”a çıxışını itirəcək. Xatıraladaq ki, adıçəkilən bazar iştirakçılarının sırasına dünyanın 50-dən çox aparıcı sığorta şirkəti, 200-dən çox sertifikatlı broker və 4000-dən çox səlahiyyətli nümayəndədən ibarət qlobal şəbəkə daxildir.

Son xəbərlər
Digər xəbərlər