Böyük Britaniyanın London şəhərinin sakinləri, mənzil qiymətlərinin yüksək olması səbəbindən alternativ olacaq qayıqlara üstünlük verməyə başlayıblar. Onların sözlərinə görə, “su üzərində ev” nisbətən daha ucuz başa gəlir.
Qeyd edək ki, bu qayıqların konstruksiyası İngiltərənin su kanalları üzrə üzməyə imkan verir. “Bloomberg” bildirir ki, onların eni “king-size” ölçülü çarpayılardan bir az çox olmasına baxmayaraq, nisbətən daha ucuz başa gəlirlər ($1284). Su yolları meqapolisin müxtəlif rayonlarında keçdiyindən, qayıq sakinləri elit ərazilərdə belə məskən sala bilirlər.
“Brexit” məsələsinin mənzil qiymətlərini sabit saxlamasına baxmayaraq. Noyabr ayında orta qiymət 609 min funt sterlinq təşkil edib. Bu, 60 funtluq qayıqdan təxminən 20 dəfə bahadır. Bu gün Böyük Britaniyanın paytaxtında 4200-dən çox kater var, 10 il əvvəl onların sayı iki dəfə az olub. Şəhər hakimiyyəti əvvəllər insanları suya köçməyə məcbur edən yaşayış xərclərinin artmaması üçün əlavə priçal yaratmağa çalışır.
Şəhər üzrə qayıq ilə hərəkət edən sakinlər, suyun yüklənməsi və tullantıların atılması kimi məqamları unutmamalıdırlar. Eyni zamanda, ünvanın daim dəyişməsi uşaqların məktəbə, böyüklərin isə işə getmələrini çətinləşdirir.
“Canal & River Trust” təşkilatının qiymətləndirmələrinə görə, 2022-ci ilə qədər Londonda belə qayıqların sayı 1/3 dəfə artacaq.