London və Brüssel “Brexit” üzrə yekun sazişi 95 faiz razılaşdırıblar

Londonla Brüssel arasında “Brexit” şərtləri üzrə yekun saziş 95 faiz razılaşdırılıb, lakin Şimali İrlandiyaya aid sərhəd problemi hələlik həll olunmayıb.

Banker.az bildirir ki, Böyük Britaniya hökuməti dəftərxanasının informasiyasına əsasən, Birləşmiş Krallığın Baş naziri Tereza Mey bu barədə ölkə parlamentinin üzvlərini məlumatlandıracaq.

Britaniya kabineti rəhbərinin sözlərinə görə, Şimali İrlandiyanın Avropa İttifaqının ümumi bazarının və gömrük ittifaqının tərkibində saxlanılma mexanizmi barədə hər iki tərəf arasında razılaşma əldə olunmayanadək saziş imzalanmayacaq. London Şimali İrlandiyanın Birləşmiş Krallığın digər ərazisindən ayrı mövcud olan gömrük zonasının daxilində qalması barədə Avropa İttifaqının təklifini qəbul edə bilməz.


© AZƏRTAC