Londonda dekabrın 16-dan koronavirusun sürətlə yayılması səbəbindən məhdudiyyətlər sərtləşdiriləcək.
Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Mett Henkokun sözlərinə istinadən “BBC” məlumat yayıb.
Pablar, kafe və restoranlar yalnız özünlə götürmə və çatdırılma rejimində fəaliyyət göstərəcəklər. Əyləncə mərkəzlərin işi tamamilə dayandırılacaq – məsələn, boulinq, teatr və kinoteatrlar. Eyni zamanda mağazalar, idman zalları, gözəllik salonları və bərbərxanalar fəaliyyət göstərməyə davam edəcəklər.
İnsanlara evdən kənara (qohum və otaq yoldaşları çıxmaqla) və xüsusisən bağlara getmək qadağan ediləcək. Parklarda, uşaq və idman meydançalarında altı nəfərdən çox toplaşmağa icazə verilməyəcək. Milad bayramı ərəfəsində digər bölgələrdən gələn insanlara səyahətlərini minimum endirməyə tövsiyə olunacaq.
Qeyd edək ki, pandemiya başlayandan Böyük Britaniyada 1,85 milyon yoluxma qeydə alınıb. Onlardan 64 267 nəfər dünyasını dəyişib. Londonda isə dünən 4 166 yoluxma olub.