Bazar ertəsi Londonda Böyük Britaniya kraliçası II Yelizaveta ilə dörd gün ərzində Vestminster sarayında keçirilən ictimai vida mərasimi başa çatıb, Banker.az bu barədə “Vesti”yə istinadən xəbər verir.
Vestminster sarayında kraliça ilə vidalaşmağa gələnlər 10 saatdan çox növbəyə dayanıb.
II Elizabetin dəfn mərasimi sentyabrın 19-da Vestminsterdə keçiriləcək. Mərasim yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 14:00) başlayacaq. Xatırladaq ki, Böyük Britaniya kraliçası 96 yaşında sentyabrın 8-də vəfat edib.