15 C
Baku
Saturday, April 20, 2024

Londonun ikinci ən böyük hava limanı yüzlərlə reysi ləğv edəcək

Böyük Britaniyanın paytaxtı Londonun ikinci ən böyük hava limanı olan Qatvik iyul və avqust aylarında yüzlərlə reysi ləğv edəcəyini bildirib.

Bu barədə hava limanının mətbuat xidməti bildirib.

Qeyd olunur ki, qərar işçi çatışmazlığı ilə bağlı qəbul edilib.

Eyni zamanda hava limanı bildirib ki, yay aylarında nəzərdə tutulan reyslərin əksəriyyəti adi qaydada yerinə yetiriləcək.

2022-ci ilin birinci yarısında Qatvik hava limanı 10 milyondan çox sərnişinə xidmət göstərib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər