9 C
Baku
Friday, December 13, 2024

“L’Oréal” imperiyasının ailəsi Notr-Dam kilsəsinin rekonstruksiyasına 200 milyon avro bağışlayacaq

“L’Oréal” kosmetika brendinin varisi olan Françoise Bettencourt-Meyers-in ailəsi, Notr- Dam de Pari kilsəsinin bərpası 200  milyon avro bağışlayacaq. Bu haqda Le Figaro xəbər verir.

Banker.az bildirir ki, nəşr qeyd edir ki, bu, 15 mart tarixi üçün yanğın nəticəsində zədələnmiş Not-Dam de Pari kilsəsinin rekonstruksiyasına ayrılmış ən böyük məbləğdir.

Məlumdur ki, iş adamlarının və fransız sənaye şirkətlərinin sayəsində ümumilikdə 600 milyon avro toplanıb.

Xatırladaq ki, “L’Oréal” imperiyasının varisi Françoise Bettencourt-Meyers, Forbes jurnalına görə dünyanın ən varlı qadınlarından biridir. 2019-cu ildə onun sərvəti 49,3 milyard dollar dəyərində qiymətləndirilib.

Son xəbərlər
Digər xəbərlər