Lorenz qrafiki (Lorenz əyrisi – lorenz curve) cəmiyyətdə gəlirlərin bölüşdürülməsi zamanı ədalətsizliyin dərəcəsini göstərən qrafikdir. Cəmiyyətdə gəlir paylanmasının bərabərsizliyini təcəssüm etdirən bu qrafikə nəzər saldıqda cəmiyyətin müxtəlif sahələrindən gələn gəlirləri görmək mümkündür.
Gəlirlərin bərabərsizliyi XIX əsrin sonu XX əsrin əvvəllərində çoxsaylı ABŞ və Qərbi Avropa iqtisadçılarının araşdırma obyektinə çevrilir. Bu araşdırmanın mərkəzi problemi ədalətliliyin qiymətləndirilməsi və dünya bazar iqtisadiyyatında gəlirlərin və sərvətin bölüşdürülmənin məhsuldarlığı və effektivliliyidir. 1905-ci ildə amerikalı statistik Maks Lorenz daha sonradan Lorenz qrafiki adını almış gəlirlərin bölüşdürülməsini qiymətləndirmək metodunu yaratdı.
Bu zaman absis oxu əhalinin mənfəətini, ordinat oxu isə faiz münasibəti ilə cəmiyyətin payını göstərir.