16 C
Baku
Monday, May 20, 2024

“Lotereya nabələdi”: Keçmiş milyonçu zibilyığan işləyir

19 yaşlı küçə tullantılarının yığılması ilə məşğul olan britaniyalı Mikki Kerrol 2002-ci ildə lotereyadan cek pot udur. Onun uduş məbləği 10 milyon funt sterlinq təşkil edirdi.

O ondan müsahibə almaq istəyən jurnalistlərlə kobud davranır, onlara təhqir xarakterli jestlər edirdi. Lakin əvəzində o “Lotereya nabələdi” ləqəbini qazanır.

Mikki lotereyada qalib olduqdan sonra işini atır və öz qələbəsini bayram etməyə başlayır. O pulunu sağa-sola, küləyə sovurmağı sevirdi.

Küçədə işlədiyi günlərin acısını çıxmaq qərarına gələn gənc asanlıqla əldə etdiyi pullara kokain, avtomobil alır, vəsaitlərini fahişə və bahalı spirtli içkilərə sərf edir. Bundan əlavə, o dostları ilə əyləncələr təşkil etdiyi məkanı da alır.

Bütün bu əyləncələrin sonu isə bahalı mənzilinin pis vəziyyətə düşməsi, avtomobililə isə sərxoş halda qəza etməsi ilə bitir.
Nəticədə o daşınmaz əmlakını qəpik-quruşa satır. Borclarını ödədikdən sonra isə yenidən “zibilyığan vəzifəsinə” geri dönür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər