20 C
Baku
Thursday, May 2, 2024

Lotereya və idman mərc oyunlarında 500 manatadək uduşlar gəlir vergisindən azad edilir

Fiziki şəxslərin lotereya təşkilatçısı tərəfindən keçirilən lotereyalardan və idman mərc oyunları operatoru tərəfindən keçirilən idman mərc oyunlarından pul şəklində əldə etdiyi 500 manatadək uduşlar gəlir vergisindən azad edilir.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Eyni zamanda, lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə göstərilən xidmətlərdən əldə olunan gəlirlər də gəlir vergisindən azad olunur.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, hazırda lotereyalardan pul şəklində əldə edilən uduşların 10 manatadək olan hissəsi gəlir vergisindən azaddır.
Layihə birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər