Fransa sakini EuroMillions (“Euromillions”) lotereyasında 130 milyon avro udub.
Bu, son bir ayda ikinci belə böyük uduşdur.
Sentyabrın əvvəlində daha bir Fransa sakini EuroMillions lotereyasında 109 milyon avro udmuşdu.
2022-ci ilin iyul ayında Böyük Britaniya sakini EuroMillions lotereyasında lotereya tarixində ən böyük uduşa nail olmuş – 195 milyon funt sterlinq qazanmışdı.
EuroMillions lotereyasının ilk tirajı 13 fevral 2004-cü ildə üç ölkədə keçirilib: Fransa, İspaniya və Böyük Britaniya. 2004-cü ilin oktyabrında lotereyaya daha altı ölkə qoşulub: Lüksemburq, Belçika, İsveçrə, Portuqaliya, İrlandiya və Avstriya.
Uduşlardan yalnız İsveçrədə vergi tutulur. Bir lotereya biletinin qiyməti 2 avro yarımdır. Ümumilikdə lotereyada 200 milyona yaxın insan iştirak edir.