Lotoreyalara Maliyyə Bazarlarına Nəzarət Palatası nəzarət edəcək

Prezident İlham Əliyev “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edib. Banker.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, “Lotereyalar haqqında” qanunun 2.0.15-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

Bütün növ lotereyaların buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi deyil, Maliyyə Bazarlarına Nəzarət Palatası yerinə yetirəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər