6 C
Baku
Sunday, December 15, 2024

“Louis Vuitton Moët Hennessy”nin səhmləri rekord həddə çatıb

“Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətinin səhmləri rüblük hesabatının dərcindən sonra “Euronext Paris” birjasında rekord həddə çatıb. Aprelin 13-də Parisdə keçirilən hərracda qrupun səhmləri dərhal 4.97% bahalaşaraq 878.2 avroya yüksəlib.

Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

Bu, Çində anti-COVID məhdudiyyətlərinin qaldırılması və beynəlxalq sərnişin hava səyahətinin bərpası sayəsində analitiklərin təxminlərini üstələyib. Çin iqtisadiyyatının açılması ona gətirib çıxarıb ki, istehlakçılar dəbdəbəli mallara pul xərcləməyə başlayıblar ki, bu da Fransa konserninin satışlarında əks olunub, “Bloomberg” yazır.

2023-cü ilin birinci rübü üçün hesabatda LVMH geyim və dəri məmulatları seqmentində satışların 18% artdığını bildirib. Bu, proqnoz edilən 9%-dən təxminən iki dəfə çoxdur.

Bütün regionlara şirkətin məhsullarına tələbat artıb. Ən güclü dinamika Yaponiyada müşahidə olunub, burada satışlar 34% artıb. Növbəti sıralarda Avropa (+24%) və Asiya (+14%) gəlir. LVMH-nin maliyyə direktoru Jean-Jacques Guyoni bildirib ki, Çində də artım ikirəqəmli olub.

İlin əvvəlindən LVMH-nin səhmləri demək olar ki, 28.5% bahalaşıb. “Bloomberg” hesab edir ki, bu fonda LVMH-nin rəhbəri Bernard Arnonun sərvəti 36.2 milyard dollar artaraq 198 milyard dollara çatıb. Bundan əvvəl Arno “Tesla”nın qurucusu və “Twitter”in sahibi İlon Maskı keçərək dünyanın ən varlı adamı olub.

Son xəbərlər
Digər xəbərlər