28 C
Baku
Saturday, July 27, 2024

“Louis Vuitton” sahibi “Tiffany” şirkətini 16 mlrd. dollara almaq fikrindən daşındı

LVMH şirkətlər qrupu ilə Amerikanın “Tiffany” zərgərlik şəbəkəsi arasında ən böyük sövdələşmə təhlükə altındadır.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, “Louis Vuitton” konserninin sahibi milyarder Bernar Arno şəbəkəni 16,2 milyard dollara almaq fikrindən daşınıb. Mütəxəssislərin fikrincə, perspektivli tərəfdaşlıq ABŞ-ın Fransa və Avropa Birliyi ilə apardığı xarici ticarət müharibəsinin qurbanı olub.

Nəticədə “Tiffany” lüks markalar konqlomeratının müqavilənin şərtlərini yenidən nəzərdən keçirərək, onu özünə sərf edən şəkildə bağlamaq niyyətində olduğunu düşünür.

Buna cavab olaraq fransız konserni, Fransa və Amerika hökumətləri arasındakı iqtisadi gərginliyə işarə edərək, müqaviləni ən azı 6 yanvar 2021-ci ilə qədər təxirə salınmasını xahiş etdiyini söyləyib. Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp, Parisin böyük texnologiya şirkətlərinə qarşı 3% vergi tətbiq etməsinə cavab olaraq Fransa və Avropa Birliyindən gələn mallara idxal rüsumlarını 25% artıracağı ilə hədələmişdi.

LVMH çoxdan idi ki, “Tiffany” şirkətini almaq istəyib. Tərəflərin razılığına əsasən, müqavilə bir il sonra, 25 noyabr tarixinə qədər bağlanmalı idi. İndi isə “Tiffany” müqavilə şərtlərinin pozulması ilə bağlı konsernə qarşı iddia qaldırıb. Bundan əlavə, zərgərlik nəhənginin nümayəndələri LVMH-nin müqaviləni təxirə salmaq qərarı barədə əvvəlcədən məlumat verməli olduğunu israr edir.

Konsernin nümayəndələrinə görə, “Tiffany” müqavilənin imzalanma tarixinin 31 dekabra təxirə salınmasını istəmişdir. Satınalma haqqında razılaşma isə koronavirus pandemiyasının lüks mallara olan qlobal tələbi azaltmazdan əvvəl imzalanıb. Bunun fonunda LVMH müqavilə şərtlərinin sərfəli olub-olmadığı haqqında düşünməyə başlayıb. CNBC-nin qeyd etdiyi kimi, milyarder Bernar Arno hətta qiyməti aşağı salmağa cəhd edib.

Belə bir şəraitdə “Tiffany” və LVMH-nin birləşməsi qeyri-mümkündür ki, bu da birincinin səhmlərinə güclü təsir göstərib: şirkətin kotirovkaları 14% azalıb.

Əlavə olaraq qeyd edək ki, LVMH-nin səhmləri cəmi 1,4% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər